“Ulduz” metrostansiyasında sərnişin relsin üzərinə düşüb, qatarların hərəkəti gecikib - YENİLƏNİB
Far.Az xəbər saytı

“Ulduz” metrostansiyasında sərnişin relsin üzərinə düşüb, qatarların hərəkəti gecikib - YENİLƏNİB


Bu gün saat 21:30 radələrində Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Bu barədə "Far.Az"a Bakı Metropoliteni QSC-dən bildirilib.

İlkin məlumata əsasən, sərnişin hadisə nəticəsində ağır xəsarət alıb.

Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar "Nərimanov" stansiyasından elektrik deposuna yola salınıb.

Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.

İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

21:55

Bakı Metropoliteninin "Dərnəgül" - "Həzi Aslanov" marşrutu üzrə hərəkət edən qatarı 15 dəqiqədən çoxdur, "Ulduz" - “Koroğlu” stansiyaları arasındakı tuneldə qalıb.

Bu barədə “Far.Az”a sərnişinlər məlumat verib.

Onların sözlərinə görə, qatarın hərəkətinin dayanmasına səbəb sərnişinlərdən birinin relslərin üstünə yıxılmasıdır.


Oxşar xəbərlər

“Həzi Aslanov-Əhmədli” istiqamətində qatarların hərəkət cədvəli açıqlanıb
“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində dörd dəqiqəlik yubanma yaranıb
Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-3
Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişib
Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər