Paşinyan: Ermənistan Azərbaycanla sərhədin delimitasiyasının davam etdirilməsinə ümid edir - YENİLƏNİB
Far.Az xəbər saytı

Paşinyan: Ermənistan Azərbaycanla sərhədin delimitasiyasının davam etdirilməsinə ümid edir - YENİLƏNİB


Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya işlərinin davam etdirilməsinə ümid edir.

“Far.Az” xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

"Yanvarda görüş planlaşdırılır. 2024-cü ildəki demarkasiya üzrə müsbət təcrübə sakit, iş şəraitində inkişaf etdirilməlidir. Biz belə işə köklənmişik", - o qeyd edib.

12:05

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası üzrə komissiyaların görüşü keçiriləcək.

“Far.Az” erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın Aparatı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, konkret tarix barədə hələlik razılıq əldə olunmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır: “Bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır”.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident: Bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
XİN: Bu il Ermənistanla sərhədin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb
Qriqoryan: Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər