SOCAR-ın payçı olduğu şirkətinin İdarə Heyətinə yeni rəhbər təyin edilib
Far.Az xəbər saytı

SOCAR-ın payçı olduğu şirkətinin İdarə Heyətinə yeni rəhbər təyin edilib


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payçı olduğu “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin İdarə Heyətinin yeni sədri Mixail Kravçenko təyin edilib.

Bu barədə “Far.Az” şirkətə istinadən məlumat yayıb. M. Kravçenko vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayıb.

Təsis müqaviləsinə əsasən, “Sarmatiya” şirkətində İdarə Heyətinə rəhbərlik rotasiya mexanizminə uyğun olaraq həyata keçirilir.

M. Kravçenko hazırda Ukraynanın “Ukrtransnafta” Səhmdar Cəmiyyətini İdarə Heyətində təmsil edir. O, bu vəzifədə Bożena Knipfelberqi əvəz edib. B. Knipfelberq isə “Sarmatiya” şirkətində İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Sarmatia” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları SOCAR (25,32% ), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (16,09 %), “Ukrtransnafta” (28,79 %), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 %) və Litvanın “AB Klaipedos Nafta” (1 %) şirkətləridir.

Şirkətin əsas məqsədi Xəzər regionunun enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını təmin etməkdir. Bu kontekstdə Brodı-Plotsk neft boru kəməri xüsusi əhəmiyyət kəsb edir. Brodı-Plotsk neft boru kəməri hazırda Avrasiya Neft Nəqli Dəhlizinin çatışmayan yeganə və əsas hissəsidir. Layihənin həyata keçirilməsi ilə Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün etibarlı və dayanıqlı bir marşrut əldə edəcək.

Boru kəmərinin ümumi uzunluğu 377 kilometr təşkil edir. Bunun 120 kilometrlik hissəsi Ukrayna, 257 kilometrlik hissəsi isə Polşa ərazisində inşa ediləcək. Bu layihə, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasında mühüm rol oynayır.

Oxşar xəbərlər

30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər