Rusiyada məhbuslar girovları azad etmək üçün 2 milyon dollar tələb edirlər - YENİLƏNİB
Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının azad edilməsinə xüsusi təyinatlılar cəlb edilib.
"Far.Az" Rusiya KİV-ə istinadən xəbər verir ki, radikallar girovları azad etmək üçün 2 milyon dollar və helikopter tələb ediblər.
Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat aparılır.
Ümumilikdə koloniyada 1230 məhbus var.
Məlumata görə, radikallarla danışıqlar aparmaq üçün yaxın vaxtlarda Volqoqrad məscidindən din xadimi gətiriləcək.
Zərərçəkənlər arasında koloniyanın rəisi Andrey Devyatov da var. Məlumata görə, o reanimasiyadadır.
Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.
"Cəzaçəkmə müəssisəsinin intizam komissiyasının iclasında işçilər bir neçə məhbus tərəfindən girov götürülüb", - Rusiya Cəzaların İcrası Federal Xidmətindən bildirilib.
Bəzi Rusiya KİV-in məlumatına görə, üç nəfər ölüb, ən azı iki nəfər qaça bilib.
Oxşar xəbərlər
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
Volqoqradda İŞİD üzvləri koloniyanın üç əməkdaşını qətlə yetirib, bir neçə nəfəri girov götürüb - YENİLƏNİB-1 - VİDEO
Volqoqradda koloniyada məhbuslar bir neçə nəfəri girov götürüb, ölənlərin olduğu xəbər verilir
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
-
Əlcəzairdə meşə yanğınlarında azı 12 nəfər ölüb
-
"Nvidia" rüb ərzində mənfəətinin ikiqat artdığını açıqlayıb
-
Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
-
Əlcəzairdə meşə yanğınlarında ən azı 12 nəfər ölüb













