Mark Rutte: Tramp administrasiyası Ukraynaya dəstəyi davam etdirsə, xərcləri Avropa qarşılayacaq
Far.Az xəbər saytı

Mark Rutte: Tramp administrasiyası Ukraynaya dəstəyi davam etdirsə, xərcləri Avropa qarşılayacaq


NATO-nun Baş katibi Mark Rutte ABŞ-yə Ukraynaya hərbi dəstəyi davam etdirməklə bağlı çağırış edib və Avropanın bunun xərclərini qarşılayacağını bildirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Baş katib Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan tədbirdə danışıb.

M.Rutte vurğulayıb ki, Alyans müdafiəyə daha çox sərmayə qoymalı, müdafiə sənayesinin istehsalını artırmalı və Ukraynaya yardımla bağlı xərclərin daha böyük hissəsini öz üzərinə götürməlidir.

“Ukrayna məsələsində ABŞ-nin də iştirakına ehtiyacımız var. Əgər yeni Tramp administrasiyası öz müdafiə sənaye bazasından Ukraynaya dəstəyi davam etdirməyə hazırdırsa, mən tam əminəm ki, xərcləri avropalılar ödəyəcək. Biz bunu etməyə hazır olmalıyıq. Biz səylərimizi artırmalı və Ukraynaya dəstəyi azaltmamalıyıq”, - Baş katib əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər