Mer müavini: Buxara beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir
Far.Az xəbər saytı

Mer müavini: Buxara beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir


Buxara şəhəri beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir.

"Far.Az" xəbər verir ki, bunu Özbəkistanın Buxara şəhər merinin müavini və Şəhər İnvestisiya, Sənaye və Ticarət İdarəsinin rəhbəri Şarofiddin Xusenov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi və Dayanıqlı Şəhər İnkişafı" adlı müzakirədə deyib.

Onun sözlərinə görə, Buxara şəhəri beynəlxalq əməkdaşlıq baxımından Mərkəzi Asiyada ciddi rola malikdir:

"Buxara bir çox beynəlxalq təşkilatlarla mədəni əməkdaşlığı davam etdirir. 2027-ci ildə UNESCO-nun Buxarada keçirməyi planlaşdırılan konfransı bunun bariz göstəricilərindən biridir".

Ş.Xusenov Buxaranın Mərkəzi Asiya regionunda turizm və qonaqpərvərlik şəhəri kimi özünü təsdiq etdiyini də diqqətə çatdırıb:

"Bunun əsas təşviq mexanizmləri sırasında muzeylər, yaradıcı sənaye nümayəndəlikləri və başqa bu kimi şəbəkələri göstərmək olar. Nəticə etibarilə, şəhər son illərdə turist axını və gəlirlərdə ciddi artıma nail olub".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər