SOCAR ABŞ şirkəti ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır
Far.Az xəbər saytı

SOCAR ABŞ şirkəti ilə enerji sektorunda yeni əməkdaşlıq imkanlarını araşdırır


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın “OliverWyman Group” şirkəti ilə enerji sektoru üçün innovativ həllərə diqqət yetirərək yeni əməkdaşlıq imkanlarını araşdırıb.

“Report” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, ABŞ-ın “Oliver Wyman Group” şirkətinin prezidenti və Baş icraçı direktoru Nik Stader (Nick Studer) ilə görüşüb.

“Aşağı karbonlu texnologiyalar və rəqəmsal transformasiya sahəsində irəliləyişlər daxil olmaqla dayanıqlı inkişafın təmin edilməsi üçün SOCAR-ın hazırkı təşəbbüslərini müzakirə etdik”, - deyə R.Nəcəf qeyd edib.

Qeyd edək ki, “OliverWyman Group” – idarəetmə və məsləhət xidmətləri göstərən 40 ildən artıq təcrübəyə malik olan dünyanın ən məşhur konsaltinq şirkətlərindən biridir. 1984-cü ildə ABŞ-da yaradılan və baş ofisi Nyu-Yorkda yerləşən konsaltinq şirkətinin bütün dünyada 60 ofisi və təqribən 6-7 min əməkdaşı var. “OliverWyman Group”un ofisləri əsasən Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya bölgəsində yerləşir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər