Almaniyada müxalifət lideri miqrasiya təkliflərinə görə tənqid olunub
Far.Az xəbər saytı

Almaniyada müxalifət lideri miqrasiya təkliflərinə görə tənqid olunub


Almaniya müxalifətinin lideri Fridrix Merts gələn ay keçiriləcək seçkilərdə kansler seçiləcəyi təqdirdə sərhəddə sərt nəzarət tətbiq edəcəyinə söz verdiyi üçün tənqid atəşinə tutulub.

“Far.Az” “Euronews” istinadən xəbər verir ki, Merts miqrasiya siyasətinə yenidən baxılmasına əsas kimi sığınacaq verilməsindən imtina edilmiş şəxs tərəfindən törədilmiş və iki nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücum hadisəsini göstərir.

O, beş maddəlik miqrasiya planını təqdim edib, bu plana əsasən, bütün Almaniya sərhədlərində təşkil ediləcək daimi yoxlamalardan keçməyən, etibarlı sənədləri olmayan bütün insanlar üçün ölkəyə giriş de-fakto qadağan edilməlidir.

Bir neçə siyasətçi Mertsin planını hüquqi cəhətdən mübahisəli və həyata keçirilməsi qeyri-mümkün olduğu üçün tənqid edərək, onun miqrasiya və sığınacaq qanunları, həmçinin Cenevrə Konvensiyası və Aİ daxilində sərbəst hərəkət prinsipi kimi müqavilələrlə uyğunsuzluğuna işarə ediblər.

Bundestaqdakı “Yaşıllar”ın liderinin müavini Konstantin fon Nots bu tədbirlərin nə ölkə konstitusiyasına, nə də Avropa qanunlarına uyğun olduğunu söyləyib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər