Xronika: Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər Qobustandakı rəsmlərlə eynilik təşkil edir
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
“Far.Az” xəbər verir ki, “İrəvandakı Xan sarayında divarların bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Qərbi Azərbaycanda mövcud olan qayaüstü rəsmlərdən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycan olan qayaüstü rəsmlər Qobustandakı rəsmlərlə eynilik təşkil edir. İrəvandakı Xan sarayında divarların bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb.
Onun sözlərinə görə, XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvani Azərbaycan dəzgah rəngkarlığının banisidir: “Rus işğalına baxmayaraq, İrəvani sarayda Qacar və İrəvan hökmdarlarının rəsmini çəkib. İlk realist fırça ustası Bəhruz Kəngərlinin “Qaçqınlar” rəsmləri Qərbi Azərbaycanda erməni soyqırımının bədii sübutudur”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Qərbi Azərbaycan Xronikası: Ermənilərin inşa etdiyi abidələr 1870-ci ildən sonraya aiddir
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













