Türkiyədə xizək kurortundakı yanğınla bağlı 28 nəfər saxlanılıb
Far.Az xəbər saytı

Türkiyədə xizək kurortundakı yanğınla bağlı 28 nəfər saxlanılıb


Türkiyədə xizək kurortundakı hoteldə 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı 28 nəfər saxlanılıb.

“Far.Az” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

"Vətəndaşlarımızın bu çətin günlərdə tək olmadıqlarını hiss etmələri üçün lazım olan hər şeyi etdik və edirik. Faciəni hərtərəfli araşdırmaq və günahkarları məhkəmə qarşısında cavab vermələri üçün lazımi araşdırmaların başlanmasını təmin etdik. Birinci mərhələdə doqquz nəfər saxlanılıb. İfadələr verildikdən sonra saxlanılanların sayı 28-ə çatıb. Onlardan hotel sahibi və işlər müdiri də daxil olmaqla 19 nəfər həbs edilib. Yeddi nəfər barəsində məhkəmə nəzarəti qərarı verilib", - o qeyd edib.

Ərdoğanın sözlərinə görə, hotelin rəhbərliyi risklərə hazır olmayıb və yanğın risklərini nəzərə almayıb.

Qeyd edək ki, yanvarın 21-də gecə saatlarında Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortunda yerləşən hoteldə yanğın baş verib. Yanğın zamanı oteldə 238 qonaq olub. Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb. Bununla əlaqədar yanvarın 22-də Türkiyədə matəm elan edilib.

Oxşar xəbərlər

Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident Şahdağ Turizm Kompleksindəki “Lakeside” hotelində aparılan işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub - YENİLƏNİB
Türkiyədə hoteldə baş verən yanğına görə saxlanılanların sayı 14-ə çatıb - YENİLƏNİB
TBMM Kartalkaya xizək kurortundakı yanğını araşdırmaq üçün komissiya yaradıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər