Trampın rüsum fərmanına ilk reaksiya Meksikadan gəlib: Cavab rüsumları tətbiq ediləcək
Meksika ABŞ-nin rüsum artımı qərarına tarif və qeyri-tarif tədbirləri ilə cavab verəcək.
“Report” xəbər verir ki, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.
Onun sözlərinə görə, Mexiko Vaşinqtonla dialoqa açıqdır və problemlər tariflərin tətbiqi ilə deyil, danışıqlar və dialoq yolu ilə həll olunur:
“İqtisadiyyat nazirinə Meksikanın maraqlarını qorumaq üçün tarif və qeyri-tarif tədbirlərini özündə əks etdirən “B” planını həyata keçirməyi tapşırıram. Biz Ağ Evin ərazimizə hər hansı müdaxiləsini və cinayət təşkilatları ilə əlaqədə ittiham olunan Meksika hökumətinə qarşı böhtanı qəti şəkildə rədd edirik. Meksika qarşıdurma istəmir və biz qonşu ölkələr arasında əməkdaşlıqdan başlayırıq. Meksika fentanilin ABŞ-yə və ya başqa yerə daxil olmasını istəmir.
Əgər Birləşmiş Ştatlar narkotik alveri edən və zorakılıq yaradan cinayətkar dəstələrlə mübarizə aparmaq istəyirsə, biz birlikdə işləməliyik. Bu məqsədlə mən Prezident Trampa ən yaxşı ictimai sağlamlıq və təhlükəsizlik ekspertlərimizdən ibarət işçi qrupu yaratmağı təklif edirəm”.
ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çindən idxal edilən məhsullara rüsum tətbiqi barədə fərmanlar imzalayıb. Fərmanlarda Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcəyi göstərilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin ediləcək
-
Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi dövlət siyasətinin əsas prioritetlərindəndir













