Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Far.Az xəbər saytı

Gəncədə yeniyetmə xəstəxanada vəfat edib


Gəncədə 12 yaşlı oğlan xəstəxanada vəfat edib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhərində 12 yaşlı M.B-ov yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, 01.02.2025–ci il tarixində saat 19:00 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20 radələrində Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş miningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 08:00 radələrində ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Göygöldə beş nəfər zəhərlənib, bir nəfər ölüb - YENİLƏNİB-2
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər