Tbilisidə “BEEZ” Uşaq Teatrı “Tıq-Tıq xanım” tamaşasının premyerasını keçirib
Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “BEEZ” Uşaq Teatrı Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Tıq-Tıq xanım” adlı yeni tamaşasının premyerasını keçirib.
“Far.Az”un yerli bürosu xəbər verir ki, tamaşanın məqsədi uşaqların asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaqdır.
“Tıq-Tıq Xanım” hekayəsi müasir formatda hazırlanıb, həmçinin Gürcüstanın mədəniyyətini təmsil edən elementlərə də yer verilib.
Tamaşa müasir və xalq musiqilərinin sintezi, eləcə də rəqslərdən ibarət olaraq qurulub, bu da əsərə maraqlı və fərqli yanaşma gətirib.
“Tıq-Tıq Xanım” tamaşasında səsləndirilən milli musiqilərimiz, soydaşlarımız olan körpə fidanların milli ruhda böyümələri üçün əvəzsiz vasitədir. Tamaşada Kaxetidən gələn gürcü qonaqların iştirakı isə xalqlar arasında dostluğun və qarşılıqlı anlaşmanın təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
Tamaşanın ilk premyerası Qardabanidə yerləşən “BEEZ” Uşaq Teatrında planlaşdırılsa da, səhnənin kiçik olması səbəbindən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilib.
Tamaşanın azyaşlı aktyorları arasında Rəhimə Əliyeva, Səma Ləzgiyeva, Nuri Qurbanov, Seymur Muradov, İslam Akif, Nuray Əhmədova, Rabia Əhmədova, Zəhra Akif, Əzəm Əfəndiyeva, Milana Əliyeva, Məryəm Əliyeva, Gövhər Nəsibova və Əli Bayramov yer alıblar.
Tamaşanın rejissoru Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.
Oxşar xəbərlər
Görkəmli Azərbaycanlılar Panteonu: dostluq rəmzi - Tbilisi Botanika Bağından REPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası keçirilib
"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək













