Moskvada Azərbaycan pavilyonunda “Nəzər nöqtəsi” layihəsi işə başlayıb
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) Azərbaycan pavilyonunda Rusiyada yaşayan tanınmış azərbaycanlılarla görüşlər üçün platforma olacaq yeni "Nəzər nöqtəsi" layihəsi start götürüb.
“Far.Az”un Rusiya bürosunun məlumatına görə, layihənin məqsədi Azərbaycan icması nümayəndələri arasında açıq dialoq qurmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək və soydaşları narahat edən aktual məsələləri müzakirə etməkdir.
Layihə çərçivəsində ilk qonaq Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev olub.
Qonaqlar arasında Azərbaycan ziyalılarının nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları, Moskva universitetlərində təhsil alan azərbaycanlı tələbələr, həmçinin Rusiya ictimaiyyətinin nümayəndələri olub.
Tədbiri Azərbaycan pavilyonunun direktoru Səadət Qədirova aparıb.
O, “Nəzər nöqtəsi” layihəsinin fikir mübadiləsi, Azərbaycan icmasının inkişaf perspektivlərinin müzakirəsi və Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üçün platforma kimi əhəmiyyətini vurğulayıb.
"Bu gün Azərbaycan pavilyonunda “Nəzər nöqtəsi” adlı yeni layihəni təqdim etdik. Layihə çərçivəsində müxtəlif maraqlı insanları dəvət etmək planlaşdırılır, ictimai-siyasi xadimlər, mədəniyyət, incəsənət xadimləri və bəlkə də biznes icmasının nümayəndələri olacaq. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri qonağımız oldu. Biz bu layihəyə məhz onunla başlamağı düzgün hesab etdik", - S.Qədirova vurğulayıb.
O, həmçinin qeyd edib ki, əsas hədəf auditoriyası Rusiya-Azərbaycan münasibətləri haqqında daha çox öyrənmək istəyən insanlardır: "Bugünkü tədbir buna sübutdur, çünki canlı ünsiyyəti, enerji mübadiləsini heç nə ilə, heç bir televiziya verilişi və ya internet videosu ilə əvəz etmək mümkün deyil".
Görüş zamanı milli kimliyin qorunması, mədəniyyətlərarası əməkdaşlıq, gənclərə məxsus təşəbbüslərin və təhsil proqramlarının dəstəklənməsi məsələləri müzakirə olunub.
İştirakçılar Azərbaycan və Rusiya universitetləri arasında əməkdaşlığa, həmçinin mədəni və işgüzar əlaqələrin genişləndirilməsinə xüsusi diqqət ayırıblar.
Səfir Rəhman Mustafayev isə öz növbəsində layihənin təşkilatçılarına və görüş iştirakçılarına fəal mövqelərinə görə təşəkkürünü bildirib, xaricdəki Azərbaycan icmasının birləşməsinin əhəmiyyətini vurğulayıb.
O, həmçinin belə təşəbbüslərin Azərbaycan və Rusiya arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib və soydaşlarla açıq dialoqa hazır olduğunu bildirib. Görüş zamanı R.Mustafayev Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, dünya siyasəti və iqtisadiyyatının aktual məsələləri üzrə rəsmi Bakının mövqeyi, səfirliyin Rusiyadakı Azərbaycan icmasının səylərinin birləşdirilməsi üzrə həyata keçirdiyi layihələr barədə danışıb.
Tədbirin sonunda qonaqlar təşkilatçılara vacib məsələləri müzakirə etmək imkanına görə təşəkkür ediblər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Moskvada "Azərbaycan” pavilyonunda “Nəzər nöqtəsi” layihəsi işə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
ADNA-da törədilən terror aktından 17 il ötür
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
UEFA Çempionlar Liqası: "Atletiko" "Arsenal" ilə heç-heçə edib
-
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib














