Qurban Qurbanov: "Səbail" risk etdi və biz boşluqlardan düzgün yararlandıq"
Far.Az xəbər saytı

Qurban Qurbanov: "Səbail" risk etdi və biz boşluqlardan düzgün yararlandıq"


Rəqib risk etdi və biz boşluqlardan düzgün yararlandıq.

"Far.Az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Səbail"ə qarşı Misli Premyer Liqasının XXII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, böyük hesabla qalib gəldikləri görüş barədə danışıb:

“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Qarşımızda düzgün və fəal müdafiə olunan kollektiv var idi. “Səbail”lə kubok matçında da bunun şahidi olmuşduq. Əlbəttə ki, bu cür oyun sxemini sona qədər qoruyub saxlamaq da asan deyil. İlk qoldan sonra oyun dəyişdi. Rəqib risk etdi və biz boşluqlardan düzgün yararlandıq. Komandanı dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm”.

Mütəxəssis braziliyalı futbolçu Kadi Borgesin dönüşünə də münasibət bildirib:

“Kadi öz komandasına qayıdıb. Kollektivə uyğunlaşma problemi olmayacaq. Sadəcə, idman formasından bir az uzaqdır. İnanıram ki, qarşıdakı bir ay ərzində onu əvvəlki formasına qaytara biləcəyik. Kadi həm kollektiv içində, həm də azarkeşlər arasında sevilir. Belə oyunçuların komandamızda olması hamımız üçün müsbətdir”.

Qurban Qurbanov Misli Premyer Liqasının XXIII turunda “Neftçi”yə qarşı keçiriləcək səfər oyununa da toxunub:

“Qarabağ”la “Neftçi”nin oyunu Azərbaycan futbolunda böyük derbidir. “Neftçi”nin stadionunda yaxşı futbol ab-havası var. Orada oynamaq həmişə xoş olur. İnanıram ki, hər iki komanda azarkeşləri razı salmaq üçün baxımlı oyun göstərəcək”.

Qeyd edək ki, XVII turun görüşündə "Qarabağ" evdə "Səbail"ə 5:0 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər