NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
NEQSOL Holding-in tərkibində olan dörd şirkət Azərbaycanda 2024-cü ildə ən çox vergi ödəyən 100 vergi ödəyicisi siyahısına daxil olub. Qeyd edilən siyahı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən açıqlanıb.
Ümumilikdə, NEQSOL Holding-in tərkibinə daxil olan şirkətlər 2024-cü ildə Azərbaycanda 171,1 milyon AZN məbləğində vergi ödənişləri həyata keçirib. Beləliklə, NEQSOL Holding ölkənin dövlət büdcəsinə ən böyük töhfə verənlərdən biri olub.
Holdinqin tərkibində ən iri vergi ödəyiciləri sırasında Norm, Bakcell, Azerconnect Group, Nobel Energy Group (Global Energy Solutions və s.) və digər şirkətlər yer tutur.
İri vergi ödənişləri ilə yanaşı, NEQSOL Holding həmçinin dayanıqlı biznes strategiyaları, davamlı sərmayələri, iş yerlərinin yaradılması və cəmiyyətin rifahına yönəlmiş sosial təşəbbüsləri ilə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verir. Bu sahələrdə nailiyyətlər NEQSOL Holding-in şəffaflığa, iqtisadi inkişafa və korporativ sosial məsuliyyətə sadiqliyini bir daha əks etdirir.
NEQSOL Holding telekommunikasiya, enerji, tikinti və yüksək texnologiyalar sahəsində 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Holdinq Azərbaycanda biznesinin inkişafına xüsusi diqqət yetirir. Gələcəkdə də fəaliyyətini gənişləndirərək, NEQSOL Holding Azərbaycanın iqtisadi və sosial inkişafına töhfə verməyə davam edəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir
"Global Media Group" və BMT-nin Qlobal Sazişi arasında memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













