Almaniyalı futbolçu Çempionlar Liqasında yeni uğurlara imza atıb
Far.Az xəbər saytı

Almaniyalı futbolçu Çempionlar Liqasında yeni uğurlara imza atıb


Şotlandiyanın "Seltik" klubunun futbolçusu Nikolas Kyun UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.

"Far.Az" xəbər verir ki, 25 yaşlı vinger buna Almaniyada "Bavariya" ilə heç-heçə (1:1) etdikləri pley-off mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.

O, qitənin bir nömrəli klub turnirində ilk üç qolunu Bundesliqa təmsilçilərinə vuran ilk alman oyunçu kimi tarixə düşüb.

Daha əvvəl bunu avrokuboklarda Lotar Matteus (1980-1981-ci il, UEFA Kuboku) və Volfqanq Funkel (1985-1986-cı il, Kuboklar Kuboku) bacarıb.

Bundan əlavə, Nikolas Kyun 2014-cü ildə "Arsenal"da çıxış etmiş Lukas Podolskidən sonra ÇL-in pley-offunda "Bavariya"nın qapısına yol tapan ilk almandır.

Qeyd edək ki, səfərdə 2:1 hesablı qələbə qazanan Münhen klubu 1/8 finala vəsiqə qazanıb.

Oxşar xəbərlər

Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər