Şimali Koreya uzun fasilədən sonra ilk dəfə ölkəyə turist qəbul etdi
Uzun müddət xarici turistlərə qapalı olan Şimali Koreya ilk dəfə bir qrup xarici vətəndaşı qəbul edib. Belə ki, keçən həftə bir neçə ölkədən gələn turistlər Şimali Koreyaya səfər edərək, son beş ildə – keçən il ölkəyə gələn bir qrup rusiyalı turistdən başqa – sərhədi keçən ilk xarici turist qrupuna çevriliblər.
Far.Az xəbər verir ki, Pekində yerləşən "Koryo Tours" adlı turizm şirkəti 13 turist üçün 20-24 fevral tarixlərində Şimali Koreyanın xüsusi iqtisadi zonası olan şimal-şərq sərhəd şəhəri Rasona beşgünlük tur təşkil etdiyini açıqlayıb.
Şirkətin baş direktoru Saymon Kokerellin sözlərinə görə, İngiltərə, Kanada, Yunanıstan, Yeni Zelandiya, Fransa, Almaniya, Avstriya, Avstraliya və İtaliyadan olan turistlər Çindən quru yolu ilə Şimali Koreyaya keçiblər.
Turistlər Rason şəhərində fabriklərə, mağazalara, məktəblərə, həmçinin Şimali Koreya lideri Kim Çen Inın babası Kim İr Sen və atası Kim Çen İrin heykəllərinə baş çəkiblər. Kokerell bildirib ki, 2020-ci ilin yanvar ayından bəri Şimali Koreya bütün xarici turistlərə qapalı olub.
Qeyd edək ki, Şimali Koreya 2024-cü ilin fevral ayında təxminən 100 rus turisti qəbul etmişdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













