Xalq artisti Ənvər Həsənovun vəziyyəti ağırlaşıb
"Son üç-dörd gündür atamın vəziyyəti ağırlaşıb".
BAKU.WS xəbər verir ki, bunu APA-ya açıqlamasında Xalq artisti Ənvər Həsənovun qızı deyib.
O bildirib ki, Ə.Həsənov hazırda özündə deyil, hərəkət qabiliyyətini tamamilə itirib:
"Xəstəxanadan evə buraxılandan sonra bizim köməyimizlə evdə hərəkət edə bilirdi. İndi tamamilə hərəkət etmir, huşu da yerində deyil. Təzyiqi 260-a qalxır, dərmanla, iynə ilə aşağı salırıq. İki gündür bədən hərarəti də yüksək olur. Heç bir şey yemir".
Xalq artistinin qızı Ə.Həsənovu yenidən xəstəxanaya yerləşdirmək barədə qəti qərara gəlmədiyini bildirib:
"Bibilərimlə məsləhətləşdik ki, xəstəxanaya aparmayaq. Vəziyyəti son dərəcə kritikdir. Bunu demək mənim üçün çox çətindir. Amma xəstəxanada vəfat etməsini istəmirik. Nə olursa, öz evində olsun. Axşam həkimlər gələcəklər. Son olaraq onlarla da məsləhətləşib bir qərara gələcəyik".
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.
Oxşar xəbərlər
İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan xüsusi palataya köçürülüb
TƏBİB: İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir - YENİLƏNİB
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti stabildir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













