YPG və PKK-nın Suriya qolu Öcalanın çağırışını dəstəkləyib
"YPG" terror təşkilatı "PKK" terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarını silahı yerə qoymaqla bağlı çağırışını dəstəkləyib.
"Report" "Cümhuriyyət"ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat məsələləri üzrə məsul şəxsi Siyamend Eli açıqlama verib.
O bildirib ki, bu çağırış Türkiyə xalqı başda olmaqla regiondakı bütün xalqların sülh şəraitində yaşamalarına şərait yaradacaq: "Bu mesaj bizim üçün çox əhəmiyyətlidir. Bu, "savaş"ın dayandırılmasına hesablanmış ismarışdır".
PKK terror təşkilatının Suriya qolu olan Suriya Demokratik Qüvvələrinin (SDQ) rəhbəri Ferhat Abdi Şahin isə bildirib ki, onların mövqeyi konstruktiv xarakterlidir: "Bu, sülh məsələsidir".
Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
-
Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?
-
Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb













