Xorvatiya şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı müzakirə edilib
Far.Az xəbər saytı

Xorvatiya şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı müzakirə edilib


Xorvatiyanın "Prvo Plinarsko Društvo" (PPD) şirkətinin Azərbaycanla əməkdaşlıq potensialı, enerji və qida sənayesi sahəsində fəaliyyətin əlaqələndirilməsi imkanları müzakirə edilib. 

Far.Az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. 

Onun sözlərinə görə, müzakirələr Xorvatiyaya rəsmi səfəri çərçivəsində, şirkətin rəhbəri Pavao Vuynovak ilə görüşdə baş tutub. 

*** 10:02

Bu gün Zaqrebdə Xorvatiya-Azərbaycan İnvestisiya Forumu keçirilməsi nəzərdə tutulur. 

Far.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfər başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya-Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik", - deyə o qeyd edib. 

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağalıda torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbulu başlayır
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər