Bu gün Fərman Kərimzadənin doğum günüdür
Far.Az xəbər saytı

Bu gün Fərman Kərimzadənin doğum günüdür


Bu gün Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, nasir Fərman Kərimzadənin doğum günüdür. Onun anadan olamsından 88 il ötür. 

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində doğulub. 

İbtidai təhsilini orada alıb, orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirib. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

İsmayıllı və Beyləqan rayonlarında orta məktəb müəllimi olub. "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləyib.

Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirib.

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü, "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri olub.

Şüvəlan yaradıcılıq evinin direktoru işləyib.

F.Kərimzadə "Sonuncu eksponat", "Ömrümüz-günümüz", "Heykəl dilə gəlir", "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilib), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.

F.Kərimzadə 1989-cu il martın 17-də vəfat edib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər