TikTok "beyin çürüməsi"nə səbəb olur?
Far.Az xəbər saytı

TikTok "beyin çürüməsi"nə səbəb olur?


Çin alimləri, qısa videoların beyinə təsirini araşdırıblar.

Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, araşdırma çərçivəsində 100-dən çox tələbənin MRT skanerləri çəkilib və TikTok-a asılı olanlarda beyin strukturlarında dəyişikliklər müşahidə olunub.

Qısa məzmunlara yüksək bağlılığı olan iştirakçılarda, qərar qəbul etmək və emosiyalarla əlaqəli beyin sahələrində boz maddənin artdığı məlum olub.

Bu, sürətli vizual stimullara qarşı həssaslığın artdığını və bunun videoları izləmə vərdişini daha da gücləndirdiyini göstərə bilər.

Lakin tədqiqatın tənqidçiləri bu nəticənin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Onların fikrincə, beyindəki dəyişikliklər TikTok izləməyin nəticəsi deyil, başlanğıcda mövcud olan xüsusiyyətlər ola bilər.

Eyni zamanda, tədqiqatın metodologiyası şübhə altına alınıb: əvvəlki və sonrakı analizlərin olmaması və "qısa video asılılığı" anlayışının klinik diaqnoz olaraq qəbul edilməməsi tənqid edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Telefonu 3 gün boyunca istifadə etməmək beyin fəaliyyətini dəyişə bilər
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər