AHİK-də "Caspian Energy Club"un nümayəndələri ilə görüş olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) "Caspian Energy Club"un nümayəndələri ilə görüş keçirilib.
Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.
Bildirilib ki, yeni layihələrdən olan "AHİK Könüllüləri" uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi "Kurort" Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib. Yaxın vaxtlarda "Layiqli Əmək Səfirləri" layihəsinə də start veriləcək. Görüşdə həmçinin ittifaq üzvləri üçün xüsusi endirimlər və bonuslar təqdim edəcək "AHİK Plus" proqramı barədə də məlumat verilib.
Vurğulanıb ki, Konfederasiya özəl sektorla əməkdaşlığa xüsusi önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsini, hər bir işçinin layiqli əmək şəraiti ilə təmin olunmasını dəstəkləyir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işləri xüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığının vacibliyini vurğulayıb. Vüsal Şıxəliyev Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərindən, o cümlədən sosial təşəbbüslərin, işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının önəmindən danışıb, sahibkarların sosial layihələrdə iştirakının əhəmiyyətini bildirib.
"Caspian Energy Club"un baş icraçı direktoru Telman Əliyev klubun və üzv şirkətlərin fəaliyyətindən danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin əhəmiyyətini qeyd edib.
Konfederasiya tərəfindən sanatoriyaların, istirahət mərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işləri yüksək qiymətləndirən Telman Əliyev "AHİK Plus" proqramı çərçivəsində əməkdaşlığın kluba daxil olan şirkətlər üçün də maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə şirkət nümayəndələrinin təklifləri dinlənilib, sualları cavablandırılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Konfederasiya sədri Sahib Məmmədova klubun fəxri üzvlük sertifikatı təqdim olunub.
Sonra "Caspian Energy Club"un nümayəndələri "Kurort" Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə də tanış olublar.
Qalereya
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
AHİK-də Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Cenevrədə BƏT-lə görüşlər keçirib
AHİK nümayəndə heyəti PARŞ İcraiyyə Komitəsinin iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“PAŞA Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri saxlanıldı
-
Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
-
Britaniyada aviabaza yaxınlığında saxlanılan 5 nəfər girov qarşılığında sərbəst buraxılıb
-
FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA













