Bakıda evdən oğurluq edən şəxs ələ keçdi
Far.Az xəbər saytı

Bakıda evdən oğurluq edən şəxs ələ keçdi


Nizami rayonu ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi qeydə alınıb.

Far.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ev sahibi polisə müraciət edərək yaşadığı mənzildən 150 dollar, 4000 manat dəyərində mobil telefon, oyun konsulu və qızıl-zinət əşyalarının naməlum şəxs tərəfindən oğurlandığını bildirib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 21 yaşlı Anar Cəfərov müəyyən olunaraq saxlanılıb.

Onun törətdiyi cinayət təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Şərurda evdən 8 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb
Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər