Azercell-in eksklüziv 100 seriyalı nömrələri artıq satışda!
Far.Az xəbər saytı

Azercell-in eksklüziv 100 seriyalı nömrələri artıq satışda!


Mobil operator 100, 101 və 110 seriyalı nömrələri istifadəçilərə təqdim edir.

Azercell 100, 101 və 110 seriyalı nömrələrin satışına start verir. Mart ayının 5-dən etibarən istifadəçilər 010 prefiksli yeni seriyalı nömrələri əldə edə bilərlər.

Yeni nömrələr öz eksklüzivliyi və fərdi yanaşması ilə seçilir. Bu yenilik istifadəçilərə fərqli və yaddaqalan telefon nömrələri seçmək imkanı yaradaraq onların müştəri təcrübəsini daha da individuallaşdırır.

100 seriyalı nömrələri Azercell-in rəsmi onlayn satış portalı www.azercellim.com vasitəsilə əldə etmək mümkündür. Müştərilər mövcud seçimləri araşdıra və istədikləri nömrəni asanlıqla tapa bilərlər. Yaxın zamanda digər prefiks və seriyalı nömrələr də www.azercellim.com portalına əlavə ediləcək.

Yaddaqalan nömrənlə fərqlən, 100-də 100 üstünlüklə!

Daha ətraflı məlumat üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“HONOR”, IFA 2024-də rekord qıran “HONOR Magic V3” ilə gələcəkdə yeni imkanlara qapı açır
"Nar" ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider oldu
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər