Bakıda müğənninin qızı evdən qaçdı: Gənc oğlan onun müştəriyə göndərilməsi barədə anasına səs atıb
Martın 17-si yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, valideynlərin sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatmasına baxmayaraq, onlardan cavab ala bilmirlər.
Sosial şəbəkədə istifadəçilərdən biri paylaşımında bildirib ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqlarını deyib.
"Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb", - deyə paylaşımı edən şəxs qeyd edib.
Əldə edilən məlumata görə, evdən çıxıb geri qayıtmayan qızlardan birinin anası müğənnidir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov açıqlamasında bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıqları evləri tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub:
"Bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bu il ən yüksək nəticə göstərib ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM
Oğlan yetkinlik yaşına çatmayan sevgilisini kimsəsiz evə apardı - Kürdəmirdə dəhşətli hadisə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Pezeşkian Türkiyəyə yola düşüb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Yaponiyanın müdafiə naziri seçkilərdə Takaiçini dəstəkləyəcək
-
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib













