Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu
Far.Az xəbər saytı

Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az xəbər verir ki, bu haqda "Unikal.az" məlumat yayıb.

Belə ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu iki "Hyundai" markalı avtomobillə toqquşub.

Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

45 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış keçirilib. Xəsarət alan olmayıb".

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər