Bakının məşhur restoranında YOXLAMA - Nəzarətə götürüldü
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs İsmayılova Fizulət Eldar qızına məxsus "Qurd Qapısı" restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Far.Az xəbər verir ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, quru xammal anbarının və işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub.
Bununla yanaşı, yoxlama zamanı yeməklərin hazırlanması və ət emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, iaşə müəssisəsinin açıq sahəsində isti yeməklərin hazırlanması ilə bağlı fəaliyyətinə nöqsanlar aradan qaldırılanədək müvəqqəti məhdudiyyət qoyulub və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Naxçıvanda antisanitar şəraitdə fəaliyyət göstərən bir neçə kafenin fəaliyyəti məhdudlaşdırılıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda qanunsuz fəaliyyət göstərən çiy dönər emalı müəssisəsi aşkarlandı
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













