Yerə siqaret atdı, 300 manat cərimələndi
Ötən ildən etibarən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılıb.
BAKU.WS xəbər verir ki, həmin qaydaya əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılıb.
Lakin vətəndaşların bu məsələdə məlumatsız olmaları onların yüksək məbləğdə cərimələnmələri ilə nəticələnir.
Milli.Az-a müraciət edən paytaxt sakini bildirib ki, qanuna dəyişiklikdən xəbərsiz olub, Yasamal rayonu ərazisində siqaret çəkib və siqaret kötüyünü yerə atıb. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıblar və protokol tərtib olunub, 300 manat cərimələnib.
Xatırladaq ki, qanuna əsasən eyni əməlin bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













