İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var
Far.Az xəbər saytı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var


İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, bir nəfər saxlanılıb.

"Belə ki, martın 18-də 6 kiloqram 670 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Fuad Əlimədət oğlu Vahidov saxlanılıb. Eyni zamanda martın 25-də keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində isə 10 kiloqram 600 qram narkotik vasitə marixuana aşkarlanaraq xidməti ərazidən götürülüb".

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ
DSX-nin Sahil Mühafizə gəmiləri açıq dənizdə manevrlər edərək müxtəlif tapşırıqlar icra ediblər - MEDİATUR
İrandan Azərbaycana 68 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 22 kiloqram narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 10 kq-dan çox narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər