Bakıda ağacları kəsərək təbiətə 11 min manatdan çox ziyan vuran sahibkar cəzalandırılıb
Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kəsilməsi ilə bağlı 11 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə daxil olan şikayət araşdırılıb.
Far.Az xəbər verir ki, idarənin rəisi Qafar Ağayev report-a araşdırma zamanı ağacların kafedə təmir-tikinti işləri aparılan zaman kafenin sahibi Famil Səfərovun göstərişi ilə kəsildiyi və təbiətə 11 min 700 manat məbləğində ziyan dəydiyini bildirib.
"Faktla bağlı 2 aprel 2025-ci il tarixində akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib".
Q.Ağayev qeyd edib ki, kəsilmiş ağacların əvəzinə ərazidə yeni yaşıllıqların salınması üçün Nəsimi rayon İcra Hakimiyyəti və Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













