Əli Kərimlinin mühafizəçisinin şikayəti təmin edilmədi
Far.Az xəbər saytı

Əli Kərimlinin mühafizəçisinin şikayəti təmin edilmədi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Kənan Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Kənan Zeynalovun həbsdən azad olunması ilə bağlı verdiyi şikayət üzrə qərar elan olunub.

Qərara görə, şikayət təmin olunmayıb.

Xatırladaq ki, martın 22-də Suraxanı Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. Hakim təqdimatı təmin edib və K.Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, martın 21-i saat 20:00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində paytaxt sakini 36 yaşlı Anar Rəhimovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Kənan Zeynalov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hadisənin tərəflər arasında yaranan şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir?
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər