Bakıda motosiklet sürücüsündən özbaşınalıq - ANBAAN GÖRÜNTÜ
Bakıda özbaşınalıq edən motosiklet sürücüsü saxlanılıb.
Bu barədə eksklüziv məlumatı BAKU.WS Baş Dövlət Yol Polisi İdarəsinə istinadən verir.
Sürücülük hüququ, eləcə də motosikletin dövlət qeydiyyat nişanı olmadan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və bu hərəkətlərini sosial şəbəkələrdə paylaşan 23 yaşlı Dağıstan Respublikası doğumlu İdris Sultanov Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun müxtəlif zamanlarda 10-a yaxın nəqliyyat vasitələrinə qəsdən zərər yetirərək hadisə yerindən yayındığı da məlum olub. Həmin şəxs barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib, idarə etdiyi motosiklet isə cərimə meydançasına yerləşdirilib.
Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət olunması hər bir sürücünün hüquqi məsuliyyəti və vətəndaşlıq borcudur. Yol hərəkəti qaydalarını pozaraq cəmiyyətin təhlükəsizliyini təhdid edən şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq sərt tədbirlər bundan sonra da qətiyyətlə tətbiq ediləcək.
Görüntüləri təqdim edirik:
Orxan Hüseyn
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Bakı-Sumqayıt yolunda motosiklet sürücüsündən özbaşınalıq - ANBAAN GÖRÜNTÜ
Gəncəyə edilən raket hücumları nəticəsində dəymiş ziyanın məbləği açıqlanıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Bu ilin ötən dövründə Sumqayıtda yol hərəkəti qaydalarının pozulmasına görə, 58 mindən artıq şəxsə protokol tərtib edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













