"Mona Liza" şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən "Avşarlar" MMC-yə məxsus "Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib.
Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, kustar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan "Oneqin" əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub.
Həmçinin, yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub.
Fakt bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda restoranda saxta alkoqollu içkilər aşkarlandı - FOTO
“Mona Liza” əsərinin Luvrda ayrıca otağı olacaq
Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi
Bakıda süd məhsullarının emalı müəssisəsində istehlaka yararsız məhsullar aşkarlandı
Yeni toy mövsümü başladı: 450 manata da menyu var - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
-
Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?
-
Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb













