Keçmiş hərbçini avtobus vurub öldürdü
Dünən paytaxtın Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Q.Məmmədov idarə etdiyi "Mercedes Ateco" avtobusu ilə Yeni Yasamal ərazisindən keçən Kənar Dairəvi yolda piyada Məhəbbət Əkrəm oğlu Həsənovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Məlumata görə, faciəli şəkildə ölən piyada Vətən müharibəsi iştirakçısı olub və 25 il hərbi xidmət göstərib. Baş gizir rütbəsi daşıyan M.Həsənov bir müddət əvvəl ehtiyata buraxılıbmış. O, müharibədən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilibmiş.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Mehriban Əliyevanın doğum günüdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













