SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb
Far.Az xəbər saytı

SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb


SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea ilə görüşüb.

Far.Az xəbər verir ki, görüşdə SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlıq münasibətlərinin önəmi qeyd olunub, əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, region ölkələri ilə qaz təchizatı sahəsində  əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə neft, qaz və neft məhsullarının ticarəti, bərpaolunan enerji, dekarbonizasiya sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.  

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər