Bakı, Sumqayıt, Bərdə, Tovuz və İsmayıllıda yaşıllıqlar qanunsuz kəsilib
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Bərdə, Tovuz və İsmayıllı rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə BAKU.WS-ə Xidmətdən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində "Şəki" ictimai-iaşə obyektinin həyətyanı sahəsində, Binəqədi rayonu Ə.Naxçıvani küçəsi "Həyat" ictimai-iaşə obyekti ilə üzbəüz ərazidə, Yasamal rayonu M.Seyidov küçəsində, Suraxanı rayonu Yeni Günəşli S.Cəfərov küçəsində, Sumqayıt şəhəri Çerkassı küçəsində, Bərdə rayonu 2-ci Hacallı kəndi ərazisində, Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsində və İsmayıllı rayonu Bəhliyan kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı təbiətə 89 190 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













