

Abşeronda əməliyyat keçirilib, axtarışda olan 36 nəfər saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı əməliyyat və profilaktik tədbirlər keçirib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt aşkarlanıb.
Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, "isti izlərlə" 37 cinayətin üstü açılıb.
Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibertalamalarla əlaqədar 43 fakt aşkarlanıb.
Həmçinin Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan odlu silah-sursatlar könüllü polisə təhvil verilib.
Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan sürücülər barəsində inzibati tənbeh tədbirləri görülüb.
Oxşar xəbərlər
Abşeronda dayanma-durma qaydalarını pozan 416 sürücü inzibati məsuliyyətə cəlb edilib
Ali Məhkəmə qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsini açıqlayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi qaldırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə Dördüncü Ənənəvi Minifutbol Turnirinə start verilir
-
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
-
Azərbaycanda bu şəxslərə "Əmək veteranı" adı və vəsiqəsi verilir
-
Azərbaycanlı müğənninin bağ evindən 20-30 000 AZN-lik qızılları oğurlandı
-
"Qarabağ" - "Kopenhagen" oyununun bu biletləri satışa çıxan kimi TÜKƏNDİ
-
İranlı nazir: Gələn ay Bakıda Rəşt-Astara dəmiryolunun inşa vəziyyəti müzakirə ediləcək