Sərxoş olub maşının yerini unutdu, polisə yalan DANIŞDI
Bakıda sərxoş sürücü polisi aldadıb.
Far.Az Lent.az-a istinadla xəbər verir ki, paytaxt sakini olan bir nəfər ona məxsus olan VAZ-2107 markalı avtomobilin Sabunçu rayonu Balaxanı qəsəbəsi ərazisində qaçırılması barədə polisə müraciət edib.
Daxil olan şikayət ərizəsi əsasında polis əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Nəticədə şəhər ərazisində hərəkətdə olan həmin avtomobil müəyyən edilərək saxlanılıb.
Sürücünün izahatı alınan zaman o, "avtomobil mənimdir və sərxoş olduğum üçün onun yerini unudub polisə maşınımın qaçırılması barədə yalan məlumat vermişəm", - deyə ifadə verib.
Məlum olub ki, sürücü axşam yeyib-içdikdən sonra sərxoş olub və nəqliyyat vasitəsini harada park etdiyini unudub. Dərhal polisi yığan sürücü avtomobilinin qaçırıldığını deyib. Səhər ayıldıqdan sonra maşını harada park etdiyini xatırlayıb. Lakin o, avtomobilini tapması barədə polisi məlumatlandırmayıb. Avtomobil hələ də axtarışda olduğu üçün polis onu saxlayıb.
Məsələ aydınlaşandan sonra sürücü sərbəst buraxılıb.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













