Masazırda "qan problemi" - Sakinlər heyvankəsimi ilə məşğul olan şəxslərdən şikayətçidirlər
Far.Az xəbər saytı

Masazırda "qan problemi" - Sakinlər heyvankəsimi ilə məşğul olan şəxslərdən şikayətçidirlər


Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsi 397 ünvanında antisanitar vəziyyət sakinlərin ciddi narazılığına səbəb olub.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, açıq şəkildə axıdılan çirkab sular və heyvan qanı nəinki üfunət yayır, hətta ciddi infeksiya mənbəyinə çevrilib. Sakinlər qeyd edirlər ki, bu vəziyyət həm onların sağlamlığına, həm də ətraf mühitə ciddi ziyan vurur.

Sakinlər məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problemin həll olunmadığını deyirlər. Onlar aidiyyəti qurumlardan vəziyyətə dərhal müdaxilə edilməsini, ərazidə dezinfeksiya işlərinin aparılmasını və qanunsuz heyvan kəsimlərinin qarşısının alınmasını tələb edirlər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər