Binəqədi sakinləri şadlıq saraylarının bacalarından çıxan tüstüdən narahatdırlar
Bakı şəhəri Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bir neçə şadlıq sarayının bacasından çıxan tüstü yaxınlıqda yaşayan sakinlərin narazılığına səbəb olub.
Far.Az-in "qaynar xətti"nə daxil olan şikayətə əsasən, yayılan kəskin tüstü həm insanların sağlamlığına mənfi təsir edir, həm də ətraf mühitə ciddi ziyan vurur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi İradə İbrahimova bildirdi ki, məsələ artıq araşdırılır.
"Azərbaycanda fəaliyyət göstərən restoran və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları aprelin 14-dən iaşə obyektləri və restoranların ətrafında ölçmə işləri aparacaq, havaya normadan artıq tullantı atan obyektlər barəsində qanunamüvafiq tədbirlər görəcək.
Restoran və şadlıq saraylarının sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar, qurğuların filtrlərini yeniləsinlər".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Havaya atılan tullantılarla bağlı ictimai-iaşə obyektlərində monitorinqlər aparılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
Pezeşkian Türkiyəyə yola düşüb













