Teleqramla haker hücumları belə təşkil edilir - Bank hesabları ələ keçirilir
"Telegram" messencerində Android cihazlara yönəlmiş zərərli proqram təminatının yayılması üçün yeni sxem aşkar edilib.
Far.Az xəbər verir ki, hakerlər Roblox kimi populyar onlayn oyunların məşhurluğundan istifadə edərək istifadəçiləri aldatmağa çalışır və onlara oyunlara aid modifikasiyalar (modlar) adı altında viruslu fayllar yükləməyi təklif edirlər.
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən F6 şirkətinin məlumatına görə, fırıldaqçılar uşaqlar və yeniyetmələr arasında məşhur olan "Roblox" və "Minecraft" kimi oyunlara həsr edilmiş "Telegram" kanalları yaradırlar.
Bu kanallarda istifadəçilərə "uçmaq", "yüksək tullanmaq" və ya "divarlardan keçmək" kimi üstünlüklər verən guya mövcud modlar haqqında məlumatlar paylaşılır. İstifadəçilərə həmin modifikasiyanı yükləmək üçün keçidə daxil olmaq təklif olunur.
Keçid istifadəçini "Telegram" botuna yönləndirir. Bu bot, fayla giriş verməzdən əvvəl istifadəçidən bir neçə başqa teleqram kanalına abunə olmağı tələb edir. Bu şərti yerinə yetirdikdən sonra, bot APK-faylın yüklənməsini təklif edir.
Bu fayllarda Android cihazlar üçün nəzərdə tutulmuş zərərli proqram təminatı gizlədilib. Virus məxfi məlumatları – bank hesabı məlumatları, login və parolları oğurlaya, uzaqdan cihazı idarə edə və onun ayarlarını dəyişə bilir.
Son bir ayda bu zərərli bot 570 mindən çox istifadəçinin diqqətini cəlb edib. Hakerlər eyni zamanda "Minecraft", "Brawl Stars", "Subway Surfers" və "Standoff 2" kimi populyar oyunlara aid digər kanallardan da istifadə edərək potensial qurbanları bota yönləndirirlər. Bu bot tərəfindən yaradılan zərərli faylların adları isə istifadəçinin keçid etdiyi kanaldan asılı olaraq dəyişə bilir.
Telegram-da oyun bonusları, modlar və qırılmış versiyalar təklif edən çox sayda kanal mövcuddur. Ekspertlər xəbərdarlıq edirlər ki, bu tip resurslar çox vaxt izləyici və trafik toplamaq üçün istifadə olunur, lakin eyni zamanda istifadəçilər üçün ciddi təhlükələr da yarada bilər.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib













