ABŞ-İran danışıqlarının yeri və tarixi dəqiqləşdi
ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı növbəti məsləhətləşmələrin 19 aprel tarixində Romada keçirilməsi planlaşdırılır.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində məlumat verib.
Bundan əvvəl İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi növbəti danışıq turunun 19 apreldə Omanın paytaxtı Muskatda keçiriləcəyini bildirmişdi. Niderlandın xarici işlər naziri Kaspar Veldkamp isə məsləhətləşmələrin Romada baş tutacağını açıqlayıb.
Xatırladaq ki, ilk danışıqlar 12 apreldə Omanın vasitəçiliyi ilə keçirilib. Görüşdə İranı xarici işlər nazirinin müavini Abbas Əraqçi, ABŞ-ni isə prezidentin xüsusi elçisi Stiven Uitkof təmsil edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
DİM xarici dil üzrə fəlsəfə doktoru imtahanı keçirib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib













