İki avtomobil nəhənginin əməkdaşlığı sona çatır
Renault və Nissan arasında illərdir davam edən əməkdaşlıq sona yaxınlaşır.
Far.Az xəbər verir ki, Yaponiyanın avtomobil nəhəngi Nissan, Renault şirkətinin İdarə Heyətinin sədri Jan-Dominik Senarın 2025-ci ilin iyun ayında şirkətin Direktorlar Şurasından ayrılacağını açıqlayıb. Bildirilir ki, bu qərarın əsas səbəbi Nissan-ın maliyyə göstəricilərindəki pisləşmə olub.
USNews-un məlumatına görə, Senarla yanaşı, fransız brendinin daha bir nümayəndəsi – Pyer Flörio da Direktorlar Şurasından çıxacaq. Bu addım Renault-nun artıq Yapon tərəfdaşının idarəetməsində iştirak etməyəcəyini və bunun nəticəsində uzun illər davam edən əməkdaşlıq münasibətlərinin sona çatacağını göstərir.
Qeyd edək ki, mart ayında Renault-un Çinli Geely şirkəti ilə əməkdaşlığı genişləndirmək istədiyi, bu səbəbdən Nissan ilə əlaqələri zəiflətməyi planlaşdırdığı barədə məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib













