İspaniyada qırmızı bülletenlə axtarışda olan şəxs Bodrumda saxlanılıb
İspaniyada 103 uşağa qarşı cinsi istismar törətməkdə ittiham edilən və barəsində qırmızı bülletenlə beynəlxalq axtarış elan olunan 36 yaşlı Fəs vətəndaşı Youness En Nacırı Türkiyənin Bodrum şəhərində saxlanılıb.
BAKU.WS xəbər verir ki, Muğla İl Jandarma Komandanlığının KOM Şöbə Müdirliyi və Bodrum İlçe Jandarma Komandanlığının Kəşfiyyat şöbəsi əməkdaşlarının apardığı əməliyyat nəticəsində En Nacırının Bodrumda olduğu müəyyən edilib.
2019-cu ildə İspaniyada "azyaşlıya qarşı ağırlaşdırılmış cinsi istismar" cinayətinə görə haqqında qırmızı bülleten qərarı çıxarılan Nacırının qaldığı otel müəyyən edilib və nəzarətə alınıb. Şübhəli şəxs əvvəlki gün saat 18:00 radələrində saxlanılıb.
Saxlanılarkən özünü Fələstin vətəndaşı kimi təqdim edən və müharibədən qaçdığını iddia edən Nacırı pasportunun olmadığını bildirib. Lakin aparılan axtarış zamanı onun pasportu çantasının gizli bölməsində aşkarlanıb.
İlkin istintaq tədbirləri tamamlanan şübhəli Muğlanın Ula rayonu Geri Göndərmə Mərkəzinə təhvil verilib. Hadisə ilə bağlı İspaniya polisi ilə də əlaqə yaradıldığı bildirilib.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi
Yaxın günlərdə artırılacaq müavinət və təqaüdlərin SİYAHISI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Xətaidə çirkab su problemi - Qurum nəzarətə götürdü
-
Sabiq futbolçu Almaniyada prezidentliyə namizəd olacaq
-
Venesuela Kolumbiya ilə sərhəddə hərbi əməliyyata başlayıb
-
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib













