Alimlər insanın 80 yaşına qədər yaşaya biləcəyini müəyyənləşdirmək üçün sadə üsul tapıblar
Far.Az xəbər saytı

Alimlər insanın 80 yaşına qədər yaşaya biləcəyini müəyyənləşdirmək üçün sadə üsul tapıblar


Yaponiyalı alimlər uzunmüddətli araşdırmalardan sonra  insanın 80 il və ya daha artıq  yaşayıb-yaşamayacağını proqnozlaşdıra biləcək amil müəyyənləşdiriblər. 

BAKU.WS xəbər verir ki, tədqiqatlar əsas göstəricinin 70 və daha yuxarı yaşda yerimə sürəti olduğunu göstərib.

Əgər bu yaşda insan eyni intensivliyi və hərəkət tempini saxlayırsa, o zaman onun ən azı on il yaşaması ehtimalı yüz faizə yaxın olur.

1997-ci ildən başlayaraq yapon gerontoloqları 60-dan 80 yaşa qədər olan insanların yerimə sürətini öyrəniblər.

Mütəxəssislər on illik müşahidələrin nəticələrinə əsasən qeyd ediblər ki, zaman keçdikcə Yaponiyada orta yerimə sürəti beş-on faiz artıb.

Bu onu göstərir ki, əhalinin qocalması prosesi əvvəlkindən bir neçə il gec baş verməyə başlayıb.

Araşdırmaların ən maraqlı hissəsi isə yerimə sürətinin daha uzun yaşamaq ehtimalı ilə birbaşa əlaqəli olmasıdır.

Gənclər üçün orta yerimə sürəti saniyədə 5 metrdir. Bir şəxs yetmiş yaşında eyni hərəkət sürətini saxlayırsa, səksən yaşa qədər yaşamaq ehtimalı əhəmiyyətli dərəcədə artır. Kişilərin yalnız on beş-otuz beş faizi səksən yaşa qədər yaşaya bilər, qadınlarda isə bu rəqəm bir qədər yüksəkdir.

Vurğulamaq lazımdır ki, yerimə sürəti təkcə fiziki fəaliyyətin göstəricisi deyil, həm də insanın ümumi sağlamlığının göstəricisidir. Yaşlılıqda yaxşı fiziki hazırlıq, hərəkətliliyin və aktivliyin qorunması təkcə ömrün uzadılmasına deyil, həm də keyfiyyətinin yaxşılaşmasına kömək edir. Daimi gəzintilər və fiziki məşqlər ürək-damar sağlamlığını qorumağa, qan təzyiqi və qan şəkərinin səviyyəsini normallaşdırmağa kömək edir ki, bu da ömürün uzun olmasına və aktivliyə müsbət təsir göstərir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər