"Rumble" Fransada söz azadlığının olmaması səbəbindən fəaliyyətini dayandırır
"Rumble" Fransada söz azadlığının olmaması səbəbindən fəaliyyətini dayandırır.
"Report" xəbər verir ki, bunu sosial şəbəkənin Kanada xidmətinin təsisçisi Kris Pavlovski "X" sosial şəbəkəsində Fransa Prezidenti Emmanuel Makronun "Telegram"ın yaradıcısı Pavel Durovun saxlanması ilə bağlı açıqlamasına münasibət bildirərkən bəyan edib.
"Siz (Makron - red.) söz azadlığına sadiq olduğunuzu deyəndə yalan danışırsınız. Biz Fransada xidməti bağlamalı olduq", - o deyib.
Pavlovski onu da bildirib ki, Durovun saxlanması ilə əlaqədar o, Avropa İttifaqının ərazisini tərk edib.
Xatırladaq ki, Durov avqustun 24-də Parisin Le Burje hava limanına çatan zaman saxlanılıb. Ertəsi gün onun həbs müddəti 96 saata qədər uzadılıb. Fransa Prezidenti Emmanuel Makron bu qərarın siyasi olmadığını bildirib və hakimlərin qərarını gözləməyə çağırıb.
Oxşar xəbərlər
Makronun prezidentliyinin “pik” həddi - Fransa vətəndaş müharibəsi astanasında - ŞƏRH
“Rumble” videohostinqinin yaradıcısı Durovun həbsindən sonra Avropadan qaçıb
Makron "Telegram"ın qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib
Edvard Snouden Durovun saxlanılmasını Fransa üçün rüsvayçılıq adlandırıb
Fransa siyasətçisi Pavel Durovun saxlanmasına görə ölkəni zülmkarlıqda ittiham edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb













