Çində cütlüyün toyu bu dəvətnaməyə görə ləğv edilib
Far.Az xəbər saytı

Çində cütlüyün toyu bu dəvətnaməyə görə ləğv edilib


Çinli bir cütlüyün toy mərasimi dəvətnaməyə görə qalmaqalla nəticələnib və ləğv olunub.

BAKU.WS xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan dəvətnamə sürətlə viral olub. Dəvətnamədə klassik qara kostyumda olan bəyin ətrafında iki ağ gəlinlik geyinmiş qadın əks olunub.

Məlumata görə, toy 19 aprel tarixində nüfuzlu "Century Jiayuan" ziyafət zalında keçirilməliymiş.

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bəziləri "bəyə çox bəxt gətirib" deyə zarafat edərkən, digərləri bu cür ittifaqın qanuniliyini sual altına alıblar.

Sonradan məlum olub ki, dəvətnamədəki qadınlardan biri bəylə əvvəlki həyat yoldaşı, digəri isə onun hazırkı sevgilisidir.

Polisin müdaxiləsindən sonra tədbir ləğv edilib. Ziyafət zalının sahibi bildirib ki, bron zamanı belə qeyri-adi formatdan xəbərdar olmayıblar və qanun pozuntusu səbəbilə müqaviləni birtərəfli qaydada ləğv ediblər.

Hüquqşünaslar qeyd edirlər ki, bu kimi "zarafatlar" ictimai asayişin pozulması kimi qiymətləndirilə bilər.

Xatırladaq ki, Çində çoxarvadlılıq qanunla qadağandır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıda "Xocalı. Son toy..." adlı filmin təqdimat mərasimi keçirildi
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər