Yuyucu kapsulu dişləyən 4 yaşlı qız kor oldu
Far.Az xəbər saytı

Yuyucu kapsulu dişləyən 4 yaşlı qız kor oldu


Avstraliyanın Perth şəhərində yaşayan dörd yaşlı Luka de Qrut anasının bir neçə saniyəlik diqqətsizliyi nəticəsində yuyucu vasitənin kapsulunu dişləyib və ağır şəkildə xəsarət alıb. Kapsulun içindəki kimyəvi maye qızın gözlərinə sıçrayıb və nəticədə ciddi yanıq izləri yaranıb. Həkimlər üç ayrı cərrahi müdaxilə həyata keçirmək məcburiyyətində qalıblar.

Far.Az haberler.com-a istinadən xəbər verir ki, hadisə aprelin 25-də baş verib. Anası Jodi Loe hadisə ilə bağlı verdiyi açıqlamada, paltar yuma zamanı qızına kapsulu verdiyini, arxasını çevirdiyi an isə Lukanın kapsulu dişlədiyini və kimyəvi maddənin dərhal gözlərinə sıçradığını bildirib. İlk yardımlar və uşağın dərhal suyun altına alınmasına baxmayaraq, qızın vəziyyəti ağırlaşıb. Luka 16 gün xəstəxanada qalıb və hal-hazırda sol gözündə görmə problemi davam edir.

Anası açıqlamasında "Deterjan kapsulları uşaqlar üçün çox cazibədar görünür, lakin onların əsl təhlükəsini çox az adam bilir" sözləri ilə digər valideynləri də diqqətli olmağa çağırıb.

Hadisədən sonra kapsul istehsalçısı Unilever şirkəti də açıqlama verərək "Uşaq təhlükəsizliyi bizim üçün prioritetdir" deyib.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Salyanda 43 yaşlı kişi məktəbli qıza təcavüz etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər